Dövlət Tərcümə Mərkəzi görkəmli polyak yazıçısı və publisisti Rışard Kapuşinskinin “Şahənşah” kitabını Azərbaycan dilində nəşr edib.
Kitab ötən yüzillikdə İranda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdən, Pəhləvilər hakimiyyətinin tədricən xalq arasında dayaqlarını itirməsi və süqutundan bəhs edir.
Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin sənət barədə düşüncələri, elmi-nəzəri məqalələri, mühazirələri, çıxışları və müsahibələri dədaxil edilib.
Professor Vilayət Quliyevin orijinaldan tərcümə etdiyi kitabın redaktoru Mahir Qarayevdir.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Rışard Kapuşinski (1932-2007) Varşava Dövlət Universitetində təhsil alıb, 1962-ci ildən Polşa Mətbuat Agentliyinin xarici ölkələrdə müxbiri kimi fəaliyyət göstərib. Jurnalist fəaliyyəti ilə əlaqədar dəfələrlə Afrika, Yaxın Şərq və Latın Amerikası ölkələrinə səyahət edib
Xarici ölkələrdə məşhur olan “İmperator” əsərinin müəllifidir. Oçerklərdən ibarət üç kitabı – SSRİ-nin son illərindən bəhs edən “İmperiya” (1993), “Qara ağac” (1999) və “Heredotla birgə səyahət” (2004) ayrı-ayrı illərdə Polşada “İlin kitabı” nominasiyası üzrə qalib elan edilib.
“Höte” (1999), “Viareco” (2000), “Elza Morante” (2005) və digər beynəlxalq mükafatların laureatıdır.