Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 4646 nəfər hərbi qulluqçusu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Onlardan 285 nəfəri medala ölümündən sonra layiq görülüb.

“Şuşanın azad olunmasına görə” medalı ilə ölümündən sonra təltif edilən hərbi qulluqçular sırasında 3 polkovnik-leytenant, 3 mayor, 4 kapitan, 11 baş leytenant, 14 leytenant, 4 kiçik leytenant, 4 baş gizir, 25 gizir. 7 kiçik gizir, 8 baş çavuş, 7 çavuş, 7 kiçik çavuş, 1 baş əsgər  və 187 əsgərin adı var.

1992-ci ilin 8 mayından erməni işğalı altında olan Şuşa şəhəri 2020-ci il noyabrın 8-də azad edilib.

Torpaq, uğrunda ölən varsa – Vətəndir!

Allah bütün şəhidlərimizə  rəhmət eləsin.