Dekabrın 31-də görkəmli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin 115 illik yubileyi tamam olur. Yusif Məmmədəliyev əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına, o cümlədən dünya elminə, xüsusən neft kimyası sahəsinə böyük  töhfələr verib. Yusif Məmmədəliyev ixtiraları, elmi axtarışları neft kimyası sənayesində böyük dönüş yaradıb. Görkəmli şəxsiyyətin adı xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, ictimai-siyasi xadim kimi yazılıb.

Yubiley münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Akademik Yusif Məmmədəliyev” adlı virtual sərgi istifadəçilərə təqdim olunub. Virtual sərgidə akademikin həyat və fəaliyyətinə dair kitab və məqalələr nümayiş olunur.                             

Virtual sərgi ilə aşağıdakı linkdə tanış olmaq olar:

http://anl.az/el/vsb/Akademik_Yusif_Memmedeliyev/index.htm