Azərbaycanda ilk dəfə “playback teatrı” (tamaşaçı və oyunçuların improvizə teatrı) janrında tamaşa hazırlanıb və 3D qrafikalı sosial animasiyalı sosial çarx formasında ictimaiyyətə təqdim edilib.
Bullinq və nifrət nitqinin müxtəlif formaları psixoloq-konsultantlar tərəfindən təhlil edilib və “Şah Mat” teatrının kollektivi tərəfindən vahid tamaşa formasında səhnələşdirilib.
Sosial çarx Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə "Playback (oxucu hekayələri teatrı) nifrət nitqinə, bullinqə qarşı" layihəsi çərçivəsində hazırlanıb.
Layihə zamanı sosial çarx ilə yanaşı psixoloqlar Kamil Həmidovun, Turan Balaşzadənin və Fidan Abdullayevanın moderatorluğu 4 region (Bakı, Lənkəran, Quba, Şamaxı) üzrə 200-dən çox gənclərlə, o cümlədən gənc müəllimlərlə “bullinq” mövzusunda ilə seminarlar keçirilib.
Layihəni həyata keçirən “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi məkan dəstəyinə görə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasına (NAYORA), təşkilati dəstəyə görə Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional bölmələrinə, YAP-ın Şamaxı rayonu gənclər təşkilatına və əməkdaşlığa görə “Şah Mat” teatrının istedadlı kollektivinə təşəkkür edib.
Lalə MUXTAROVA