Tanınmış musiqişünas alim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru Səadət Seyidova vəfat edib.

BMA-dan verilən məlumata görə, Azərbaycan musiqi mədəniyyətində mühüm xidmətləri olan Səadət Seyidova 1991-1996-ci illərdə akademiyanın "Musiqi nəzəriyyəsi" kafedrasının müdiri olub. Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru S.Seyidova çoxsaylı kitab və məqalələrin müəllifi, tələbələrinin böyük rəğbətini qazanmış pedaqoq idi.

BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və akademiyanın kollektivi Səadət Seyidovanın vəfatı ilə əlaqədar ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Allah rəhmət eləsin.