Azərbaycan Dövlət Rəsm Qalereyası “Artinterview” (“Sənət müsahibəsi”) layihəsi davam edir. Layihənin növbəti müsahibi rəssam Zöhrab Salamzadə olub.

Rəssam Dövlət Rəsm Qalereyasının “İnstagram” hesabı vasitəsilə izləyiciləri maraqlandıran sualları cavablandırıb. O, hazırda dünyada və ölkəmizdə baş verən proseslərin yaradıcılığına təsirindən də söz açıb.

Zöhrab Salamzadə Əzim Əzimzadə adına Rəssamlıq Kollecində oxuyub. Sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında teatr rəssamlığı üzrə təhsil alıb.

2019-cu ildə “Sirlərin ahəngi” adlı sərgisi açılıb, bir neçə qrup sərgisində iştirak edib.

Qeyd edək ki, ötən ilin dekabrından həyata keçirilən layihənin məqsədi birbaşa rəssama ünvanlanmış suallar vasitəsilə onların yaradıcılıqları ilə daha yaxından tanış olmaqdır.