Prezident İlham Əliyev yanvarın 5-də Anar Qabil oğlu Kərimovun Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Anar Kərimov mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib. Həmçinin “Azərbaycan Respublikası mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli 2163 nömrəli sərəncamı ləğv olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il iyulun 20-də imzaladığı sərəncama əsasən, Anar Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin olunmuş, dövlət başçısının digər sərəncamı ilə mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazirin birinci müavini Anar Kərimova həvalə edilmişdi.

***

A.Q.Kərimovun Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 yanvar 2021-ci il.