Yanvarın 8-də Nur-Sultanda Qazaxıstan Respublikası Milli Akademik Kitabxanasında “Türk dünyası: tarixi-mədəni irs” adlı beynəlxalq onlayn-konfrans keçiriləcək. Akademiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, konfrans keçmiş postsovet respublikaları – türkdilli ölkələrin dövlət müstəqilliyinin 30 illiyinə həsr edilir.
Konfransa Türk Şurasının (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası), Türkdilli Ölkələrin Parlament Assambleyasının, digər təşkilatların rəhbərlərinin, görkəmli ictimai və dövlət xadimlərinin, tanınmış türkoloqların, milli akademiya və diplomatik missiya başçılarının iştirakı gözlənilir. Konfrans çərçivəsində Beynəlxalq Türk Akademiyasının nəşr etdirdiyi tarixi-coğrafi atlasın təqdimatı da olacaq.