İspaniyanın “www.tuvozenpinares.com” xəbər portalında “Alban kilsələri tariximizin qədim izləridir” sərlövhəli məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid İmanovun müəllifi olduğu yazıda qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasında xristianlığın yayılması, Azərbaycanın Şəki, Qax, Qəbələ, Kəlbəcər, Göygöl və digər rayonlarındakı alban kilsələri, ermənilərin Qarabağdakı alban kilsələrini özününküləşdirmək cəhdləri, İ.Petruşevski, N.Adonts və Z.Bünyadov kimi məşhur alimlərin ermənilərin bu cəhdlərini ifşa etmələri barədə ətraflı məlumat verilib.

“Bizim insanlar indiyədək bu müqəddəs yerləri ziyarət edirlər. Bu məbədlər Azərbaycan dövləti tərəfindən qorunub saxlanılır”, – deyə V.İmanov vurğulayıb.

Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.tuvozenpinares.com/articulo/sociedad/iglesias-albanesas-son