Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Biz bir gəmidəyik” şeirlər kitabı Bişkekdə qırğız dilində nəşrə hazırlanır. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun köməkliyi ilə hazırlanan kitaba şairin “Gülüstan” poeması da Azərbaycan, qırğız, rus və ingilis dillərində daxil edilib.
“Biz bir gəmidəyik” şeirlər kitabının tərcüməçiləri Qırğızıstanın Xalq şairi Baxtıgül Çoturova, Altınbek İsmailov və Mukan Asanaliyevdir. Şairin “Gülüstan” poemasıni qırğız dilinə birbaşa Azərbaycan dilindən Altınbek İsmailov, qırğız dilindən rus və ingilis dillərinə Mukan Asanaliyev tərcümə ediblər. Qeyd edək ki, bu, Azərbaycan dilindən birbaşa qırğız dilinə tərcümə olunan ilk poeziya nümunələridir.
Fondun prezidenti Nüsrət Məmmədov deyib ki, bu yaxınlarda görkəmli Azərbaycan yazıçısı və alimi Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin üçcildliyi qırğız dilinə tərcümə olunaraq nəşr edilib. Həmin üçcildliyin Bakıda keçiriləcək təqdimat mərasimində Qırğızıstandan böyük rəsmi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub. Təqdimatın Bakıda keçirilməsi qırğız-Azərbaycan ədəbi əlaqələrinin genişlənməsinə xidmət edəcək.
Hazırda Nüsrət Məmmədovun və Ramiz Dənizin müəllifi olduğu "Bəşəriyyəti yaşadanlar" kitabı da çapa hazırlanır. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitabda ulu öndərin Azərbaycan dövlətinin inkişafı istiqamətində titanik fəaliyyəti, türkdilli ölkələr arasında birliyin möhkəmlənməsi üçün gördüyü işlər geniş işıqlandırılıb. Kitab qırğız, rus və ingilis dillərinə tərcümə olunacaq.