Ölkənin bir sıra teatrları kimi, Sumqayıt Dövlət Dram Teatrı da 2020-ci ilin ilk ayında sosial şəbəkə üzərindən tamaşaların videonümayişini davam etdirir.

Teatrın yanvar ayı üzrə virtual repertuarında Azərbaycanın xalq nağılları və bir sıra müəlliflərin əsərləri yer alıb.

10 yanvar: Kərim Həsənov – “Sehrli yaylıq”; M.F.Axunzadə - “Hacı Qara”.

16 yanvar: Yusif Əzimzadə - “Nəsrəddin”; Elçinin – “Qatil”.

17 yanvar: N.X.Andersen – “Şahzədənin ulduzu”;  Akif Həsənoğlu – “Yanmış evin nağılı”.

23 yanvar: Azərbaycan xalq nağılı - “Məlikməmməd”; Nizami Muradoğlu – “Zülmətdə nur”.

24 yanvar: Vilhelm Qauf – “Balacaboy yekəburun”; İlyas Əfəndiyev – “Sən həmişə mənimləsən”.

30 yanvar:  Ərəb xalq nağılı – “Əlibaba və 40 quldur”; Yucin O`Nil – “Qarağaclar altında məhəbbət”.

31 yanvar: Abdulla Şaiq – “Qaraca qız”;  Fernando Arabel – “Fando və İis”.

Tamaşalar teatrın “Facebook” səhifəsində  saat 12.00 və 18.00 nümayiş olunur.