Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycanın inciləri haqqında silsilə informasiya məktubları hazırlayaraq virtual şəkildə oxuculara təqdim edir.

İnformasiya məktubları ilə mədəni irsimizi tanıdan kitabxana bu dəfə UNESCO siyahısında yer alan kamança musiqi aləti ilə bağlı məlumat təqdim edib. İnformasiya məktubu “Kamança”, “Kamançanın digər adları”, “Kamançanın tarixçəsi”, “Kamançanın növləri”, “Orta əsrlər Azərbaycanında kamança” və “Kamançanın müalicəvi əhəmiyyəti” bölmələrindən ibarətdir. Mətnlər fotolarla müşayiət olunur.

Qeyd edək ki, 2017-ci ilin dekabrın 7-də Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

İnformasiya məktubu aşağıdakı linkdə verilib:

http://yasamal.cls.az/front/files/libraries/81/documents/266682688.pdf