Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə “Bu günün rəssamı” layihəsinə start verilib.
İdeya müəllifi Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov olan layihənin məqsədi vətənpərvərliyin tablolarda tərənnüm olunması, gənc və istedadlı rəssamların tanıdılması və bacarıqlarının inkişaf etdirilməsidir.
Layihənin ilk iştirakçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin tələbələri olublar. Gənc rəssamlar yaratdıqları əsərlərdə Vətənə, müzəffər Ordumuza və şanlı Azərbaycan əsgərlərinə olan məhəbbət və sevgilərini ifadə ediblər. Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn əsgərlərimizin, qazilərimizin qəhrəmanlıqlarını tablolarında tərənnüm ediblər.
Qeyd edək ki, koronavirus pandemiyası bitdikdən sonra layihə daha geniş miqyasda davam edəcək və sərgilər nümayiş etdiriləcək.
Layihənin video materialı:
https://www.youtube.com/watch?v=ftCeX8Yxgy4