Böyük Zəfər münasibətilə Azərbaycan xalqını, azərbaycanlı qardaşlarımızı ürəkdən təbrik edirəm. Azərbaycanın sevinci Türkiyənin, türk xalqının da sevincidir. Bu sevinci daha da artıran məsələlərdən biri də Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunmasıdır.
Bu fikirləri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibinin sabiq müavini, professor Fırat Purtaş ifadə edib.
Şuşadakı tarixi abidələrin bərpa edilərək yeni görkəm alacağına inandığını bildirən professor əminliklə deyib ki, 30 ilə yaxın sürən işğaldan azad edilən Şuşa yeni görünüşü ilə türk dünyasının da mədəniyyət paytaxtı seçiləcək.