F.Köçərli adına Respublika Uşaq Kitabxanası “14 fevral – Kitab bağışlama günü” ilə əlaqədar 21 yanvar – 11 fevral tarixlərində “Oxunan hər kitab nurlu sabahdır” adlı aksiya keçirir.
Aksiyanın keçirilməsində əsas məqsəd erməni terroruna məruz qalmış Gəncə, Bərdə, Tərtər rayonlarında yaşayan uşaq və yeniyetmələrə kitab töhfəsi etmək, gənc nəslə kitab oxumaq vərdişini aşılamaq, mütaliəyə həvəs oyatmaq və hədiyyə qismində məhz kitabın seçilməsi ənənəsini təbliğ etməkdir.
Vətən müharibəsi dövründə göstərdiyimiz həmrəyliyi indi də mütaliə həmrəyliyi ilə davam edək!
Aksiyaya qoşulmaq istəyənlər hədiyyə kitablarını F.Köçərli adına Respublika Uşaq kitabxanasının kütləvi işlər şöbəsinə (Bakı şəhəri, S.Vurğun küçəsi 88) göndərə bilərlər.
Əlaqə üçün:
(+99412) 5970879)