F.Köçərli adına Respublika Uşaq Kitabxanasının saytında (clb.az) “20 Yanvar tarixin qan yaddaşı” adlı virtual sərgi təqdim edilib.

20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş virtual sərgidə Almaz Ülvinin “Müharibə ağrılarım”, Hacı Niftalı Şıxların “Dünyamızın 20 Yanvar faciəsi”, Nəziman Əyyubun “Kəpəz”, Davud Dəmirlinin “Vətən imtahan verir”, Fəridə Hacıyevanın ”Bağışla, Vətən, bağışla”, digər yazıçı və şairlərin əsərləri tam mətnlə yerləşdirilib. Virtual sərgidə ümumilikdə 20-dək kitab və dövri mətbuatda dərc olunan materiallar oxucuların   istifadəsinə verilib.

***

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının virtual oxucuları Qanlı Yanvar faciəsi ilə əlaqədar videoçarxlar təqdim ediblər. Oxuculardan İbrahim Yusif, Zəhra Nəcəfova və başqaları şəhidlərə həsr olunmuş şeirlər, Dilbər Zeynallı Qarabağ müharibəsi haqqında, Fatmaxanım Abuzərova şəhid Elşən Məhərrəmov haqqında videoməlumat hazırlayıblar. Nəzrin Abdullayeva və Röya Bağırova çəkdikləri rəsmləri təqdim ediblər.

***

Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi ilə birgə “20 Yanvar – şərəf və qürur yaddaşımız” adlı onlayn tədbir keçirib.