Aida Mahmudovanın ABŞ-da fərdi sərgisi
Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın ABŞ-da sərgisi açılıb. Fevralın 16-dək davam edəcək “Aida Mahmudova: PastPresentFuture” (“Keçmiş, indi, gələcək”) adlı sərgi “Sapar ContemporaryGallery+Incubator” qalereyasının təşkilatçılığı ilə reallaşıb. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən “PastPresentFuture” rəssamın ABŞ-da ikinci fərdi sərgisidir.
Rəssam yeni sərgisində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlərlə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir.
Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn “Mənşə” (2020) kimi əsərlər müəllifin vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.
Aida Mahmudovanın Birləşmiş Ştatlarda ikinci fərdi sərgisi beynəlxalq incəsənət mediası tərəfindən də işıqladırılıb.
Sərgiyə həsr edilmiş yazıları aşağıdakı linklər vasitəsilə ətraflı oxumaq olar:
https://theartgorgeous.com/female-led-exhibitions-we-cannot-wait-to-see-in-2021/