Xalq rəssamı Kamil Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə Xalq rəssamı Kamil Əliyevin (1921-2005) 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Muzeydən bildirilib ki, bu ilin payızında keçirilməsi nəzərdə tutulan konfransa sənətşünaslar və rəssamlar qatıla bilərlər. Konfransa material qəbulu aprelin 30-dək aparılır. İştirakla bağlı ətraflı məlumatı info.carpetmuseum@gmail.com ünvanından əldə etmək olar.

Görkəmli xalçaçı-rəssam Kamil Əliyev öz yaradıcılığı ilə Azərbaycan xalq dekorativ-tətbiqi sənətinin inkişafına mühüm töhfələr verib. Rəssamın əsərləri ölkəmizlə yanaşı, Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin məşhur muzey və qalereyalarında saxlanılır.