F.Köçərli adına Respublika Uşaq Kitabxanası şəhər və rayonlardakı kitabxanaların uşaq şöbələri üçün metodik mərkəz kimi fəaliyyət göstərir. Kitabxanaların uşaq şöbələri üçün müvafiq vəsaitlər hazırlanır, internetin axtarış sistemlərindən istifadəyə metodik köməklik göstərilir, qabaqcıl təcrübənin region kitabxanaları arasında yayılması təmin edilir.

Respublika Uşaq Kitabxanasının 2021-ci ildə təqdim etdiyi yeni metodik vəsait tanınmış şairə Mədinə Gülgünün 95 illiyinə həsr edilib. “Dastana çevrilmiş həyat” adlı metodik vəsait mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları və metodistlər üçün nəzərdə tutulub.