Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) təşkilatçılığı ilə “Xüsusi karantin rejimində dissertasiya şuralarının fəaliyyətinin təşkili” mövzusunda onlayn iclaslar keçirilib.

İclaslarda ölkənin 21 ali təhsil müəssisəsinin, AMEA və nazirliklərin tabeliyində olan 32 elmi müəssisə və təşkilatın rəhbərləri, dissertasiya şuralarının sədrləri iştirak edib.

AAK-ın sədri, professor Famil Mustafayev bildirib ki, elmi müəssisə və ali təhsil müəssisəsində 17 elm sahəsində 138 ixtisas üzrə 76 dissertasiya şurası, eləcə də 40 ixtisas üzrə 35 birdəfəlik dissertasiya şurası yaradılıb.

İclaslarda AAK-ın hazırladığı “Xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair Tələblər” barədə məlumat verilib. Bu sənədə əsasən, dissertasiya müdafiəsi qismən əyani (zalda), eyni zamanda distant qoşulma ilə və gizli səsvermənin AAK-ın rəsmi internet saytı üzərindən elektron qaydada həyata keçirilə bilər.