Yeni ildən etibarən istirahət üçün Göygöl rayonuna gələcək turistlərə beş yeni marşrut təqdim olunacaq.
   Bu barədə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Hüseynova məlumat verib. O bildirib ki, son illər Göygölə gələn turistlərin sayı xeyli artıb. Xüsusilə Almaniyadan gələn turistlər rayona daha çox maraq göstərirlər. Rayonun səfalı guşələrini turistlərə göstərmək üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş beş yeni marşrut açılıb. Yeni ildən etibarən turistlər rayon mərkəzi ilə yanaşı, Aşıqlı kəndi, Göygölün iki əsrlik tarixini əks etdirən Helenendorf istirahət mərkəzi, Anaid və Müqəddəs Məryəm alban kilsələri, Toğana kəndində yerləşən Qız qalası, rayondakı Tunc dövrünə aid kurqanlar, ikitağlı daş körpü, XII əsrə aid qədim qala, orta əsrlərə aid Qabriel kilsəsi, məşhur müalicəvi Nurud bulağı, eləcə də 200 illik tarixə malik alman mədəniyyət abidəsi olan Lütteran kilsəsini görmək imkanı əldə edəcəklər.
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar