Rusiyada kino sənayesipeşəkarlarının elektron portalı olan proficinema.ru saytı onilliyin əsas filmlərinin siyahısını tutub. Yakut rejissoru Eduard Novikovun 2018-ci ildə böyük əks-səda doğurmuş “Hökmdar quş” filmi son on ildə Rusiya kino sənayesinə böyük təsir göstərmiş ən mühüm ölkə filmlərinin reytinqində yer alıb.

Proficinema.ru portalının redaktoru, tanınmış kinoşünas Aleksey Bezzubikov film barədə fikrini belə ifadə edib: “Hökmdar quş” bir fakta diqqət yetirdi ki, Rusiyada kino istehsalı iki paytaxtla məhdudlaşmır. Film ölkəmizin necə bir kinematoqrafik potensiala malik olduğunu da göstərdi”. 

Filmdə tayqada hər kəsdən uzaqda yaşayan qoca Mikippere ilə arvadı Oppousun daxmasına pənah gətirən qeyri-adi qonağın – qartalın gəlişi ilə başlayan əhvalat göstərilir. Film 2018-ci ildə Moskva Beynəlxalq Kino festivalında Qran-pri mükafatı qazandıqdan sonra qatıldığı beynəlxalq kino festivalların heç birindən əliboş qayıtmayıb.

Son on ilin filmləri reytinqində Kantemir Balaqovun “Darısqallıq”, Andrey Zvyaginsevin “Leviafan”, Yuri Bukovun “Axmaq”, Aleksey Germanın “Tanrı olmaq çətindir”, Dmitri Dyaçenkonun “Sonuncu bahadır”,  Fyodor Bondarçukun “Stalinqrad”, Nikolay Lebedevin “17 nömrəli əfsanə”, Anton Megerdiçovun “Metro” və Timur Bekmambetovun “Şam ağacları” kimi məşhur ekran əsərlələri yer alıb.

GÜLCAHAN