Hazırda Azərbaycan ərazisində 35 yeni hotel inşa olunur. Bu barədə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 2015-ci ilədək Azərbaycandakı hotellərdə yataq yerlərinin sayı 30 minə çatacaq.
   Nazir qeyd edib ki, gələn ildən etibarən turizmlə bağlı müvafiq dövlət proqramının reallaşdırılmasına başlandıqdan sonra bu sahədə böyük uğurlara imza atılacaq.
   Qeyd edək ki, Azərbaycanda 2009-cu ilin əvvəlindən ilin sonuna qədər 20-yə yaxın mehmanxana istifadəyə verilib. Ümumiyyətlə isə bu gün ölkəmizdə 370 mehmanxana var. Bunun 79-u Bakının payına düşür. 270 mehmanxana və 227 turizm şirkəti lisenziya əsasında fəaliyyət göstərir. Bu mehmanxanalarda 28 min 286 gecələmə yeri var. Bu yerlərin 8 mindən çoxu Bakıdadır.
   
   FƏXRİYYƏ