Qırğız rejissorları Bakıt Mukulun və Dastan Japar oğlunun “Sonuncu gediş” filmi Banqladeşin paytaxtı Dəkkədə keçirilən beynəlxalq festivalda (Dhaka International Film Festival) ən yaxşı film seçilib.
Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin yaydığı məlumata görə, festival onlayn rejimdə keçirilib.
“Sonuncu gediş” Tolomuş Okeyev adına “Qırğızfilm” kinostudiyasının və “Bilimkana” İctimai Fondunun birgə istehsalıdır.