Dünən Bakıda GUAM-ın Turizm üzrə İşçi Qrupunun 4-cü iclası keçirildi. Tədbirdə GUAM-ın baş katibi Valeri Çeçelaşvili, GUAM Katibliyinin nümayəndələri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Turizm İdarəsinin müdiri Aydın İsmiyev, xarici turizm sektorunun müdiri Səbinə Zadayeva, sektorun baş məsləhətçisi Günay Fərədova, GUAM-a üzv ölkələrin turizm şirkətlərinin rəhbərləri və Yaponiya səfirliyinin nümayəndələri iştirak edirdilər.
   İclasda qurumun yapon turistləri GUAM ölkələrinə cəlb etmək məqsədi daşıyan layihəsi müzakirə edildi. Tədbirlə bağlı qəzetimizə açıqlama verən Səbinə Zadayeva bildirdi ki, fevralın 10-dan 13-nə qədər Gürcüstana, 13-dən 15-nə qədər isə Azərbaycana infotur keçirilib: «İnfoturun keçirilməsində məqsəd GUAM-a üzv ölkələrin turizm şirkətlərinin Azərbaycanın və Gürcüstanın turizm potensialı, marşrutlar və mövcud şəraitlə yaxından tanış olmaları idi. İclasda onları narahat edən problemlərin həlli yolları araşdırıldı, iştirakçıların hər biri öz irad və təklifləri ilə çıxış etdi».
   S.Zadayeva qeyd etdi ki, bu dəfə yalnız Gürcüstan və Azərbaycan üçün təkliflər və iradlar toplanıb protokolda əks olunacaq. 2010-cu ilin martında Ukrayna və Moldovaya da infoturun keçirilməsi nəzərdə tutulur: «Bundan sonra dörd ölkə üzrə ümumi nəticələr toplanıb GUAM-a üzv olan ölkələrin turizm nazirlərinin toplantısına təqdim ediləcək. İnfrastrukturla bağlı elə problemlər var ki, onları nə turoperatorlar, nə də hotel müdirləri həll edə bilmirlər. Bu məsələlər yalnız rəhbərlik səviyyəsində öz həllini tapır».
   Layihənin niyə məhz Yaponiya üçün nəzərdə tutulduğuna gəlincə, sektor müdiri dedi ki, bu ölkənin turizm yetkililəri GUAM ölkələrini turizm baxımından özləri üçün əlverişli hesab edirlər: «Onlar bir müddət əvvəl Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın turizm imkanları ilə tanış olmaq üçün quruma müraciət etmişdilər. Bu məqsədlə infotur keçirildi və yapon turistlərini maraqlandıran obyektlər müəyyənləşdirildi. Yapon turistlərini dəniz, istirahət, bütün günü dincəlmək elə də maraqlandırmır. Onlar daha çox gəzmək, tarixi abidələr, səfalı yerlərlə tanış olmaq istəyirlər. Bu məqsədlə hazırda yapon turistləri üçün GUAM-ın Turizm üzrə İşçi Qrupu tərəfindən «Qaydbuk» (bələdçi kataloqu) hazırlanır. Bu kitabda dörd ölkənin turizm potensialı barədə bütün məlumatlar öz əksini tapacaq».
   S.Zadayeva onu da bildirdi ki, yapon turistləri Azərbaycanda yalnız bir - İpək yolu marşrutu üzrə qəbul olunurlar. Biz yapon turistlərin ölkəmizə cəlb edilməsində çox maraqlıyıq. Çünki yaponlar böyük turist qrupları şəklində gəlirlər. Bu isə çoxlu investisiya deməkdir. Ümumiyyətlə, yaponlar həm pul xərcləmək baxımından, həm də mədəni davaranışlarına görə dünyada ən yaxşı turistlər hesab edilirlər».
   Qeyd edək ki, 2009-2010-cu illər üçün GUAM-ın Turizm üzrə İşçi Qrupuna Azərbaycan sədrlik edir.
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar