“Regionların Sosial İqtisadi İnkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq bu il rayonda tarix-mədəniyyət abidələri və obyektlərində təmir-restavrasiya işləri aparılacaq. Bu barədə rayon Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Qurbanov məlumat verib. Onun sözlərinə görə, dövlət büdcəsindən ayrılacaq vəsaitlər hesabına təmir olunacaq mədəniyyət müəssisələri sırasına Qabaqtəpə və Əmirvar kənd Mədəniyyət evi daxildir. Həmçinin Tarix-Diyarşünaslıq Muzeyi, İncəsənət məktəbi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin də adlarını qeyd etmək olar.
   Xatırladaq ki, rayonda mövcud olan mədəniyyət müəssisələri sırasına 59 kitabxana filialı, 58 klub və 16 mədəniyyət evi daxildir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar