Hər il Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçirilən AİTF Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin 2010-cu il nümayişində Azərbaycanın şəhər və rayonlarının turizm potensialı geniş miqyasda təqdim olunacaq. Bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 24-də keçirdiyi mətbuat konfransında dedi. O bildirdi ki, sərginin aprelin 28-də təntənəli açılışı nəzərdə tutulur: “Bu turizm sərgisində Şəki, Gəncə və Qazağın xüsusi stendləri qurulacaq. Bu, digər rayon və şəhərlərimizə də aid olacaq. Çoxsaylı xarici qonaqlara geniş məlumatlar veriləcək”. Nazir onu da dedi ki, artıq sərginin keçirilməsi istiqamətində hazırlıq işlərinə başlanılıb.
Fəxriyyə ABDULLAYEVA
Fəxriyyə ABDULLAYEVA