Bakı Uşaq və Gənclər Teatrı qısametrajlı film çəkir. Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar artist İntiqam Soltan, rejissoru Rauf Hüseynli, bəstəkarı Mahir İbrahimlidir.

Filmin çəkilişləri Bakı şəhərində, Qusar və Xaçmaz rayonlarında aparılıb. Filmdə Xocalı soyqırımının dəhşəti diqqətə çatdırılmaqla yanaşı, 2020-ci ildə xalqımızın şanlı Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsinin döyüş kadrlarından da istifadə olunub.