F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “İnstagram” sosial şəbəkəsi üzərindən həyata keçirdiyi “Qonağım ol” layihəsinin növbəti canlı yayımında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasinin müəllimi, kafedranın fəlsəfə proqramı üzrə doktorantı, ABA psixoloji mərkəzin uşaq psixoloqu Aynur İsgəndərova ilə oxucular arasında virtual görüş keçirilib.

Görüşdə psixoloq tərəfindən “Uşaqlara kitabları necə sevdirək”, “Uşaqlarda məsuliyyət hissini necə formalaşdırmalı”, “Uşaqların inkişafında interaktiv oyunların rolu” kimi  mövzular haqqında ətraflı məlumat verilib.

Həmçinin, oxucular canlı yayım vasitəsilə psixoloqa uşaqlarda yaş sindromu, müasir internet oyunlarının uşaq psixologiyasına təsiri, autizm sindromlu uşaqlarla necə davranmalı kimi sualları ünvanlayıblar. Suallar psixoloq tərəfindən ətraflı cavablandırılıb

Qeyd edək ki, “Qonağım ol” layihəsinin məqsədi uşaqların intellektual səviyyəsinin inkişafında mühüm rol oynayan kitabları onlara sevdirmək, oxu vərdişlərini artırmaq, kitab və kitabxanaların rolunu onların hərtərəfli inkişafında əhəmiyyətini bir daha vurğulamaqdır.