Azərbaycan turizm potensialının və mədəni irsinin daha geniş təbliğ olunması məqsədilə yeni bir layihə hazırlanıb. Aprelin 3-6-da Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi, “Millennium Turizm Konqres DMC”, «Skal İnternational» Bakı Turizm Klubu və «Exelcior» hotelin birgə təşkilatçılığı ilə Rusiya Federasiyasının Sankt-Peterburq vilayətinin Pavlosk şəhərində yerləşən A.M.Qorçakov adına liseyin 30-a yaxın yüksək intellektə və bacarığa malik 12-14 yaşlar arasında tələbələri üçün “Azərbaycan möcüzələri” adlı mədəni-etnoqrafik, macəra-info tanışlıq turu keçiriləcək.
“Millennium Turizm Konqres DMC” və «Skal İnternational» Bakı Turizm Klubunun rəhbəri Ruslan Quliyevin qəzetimizə verdiyi məlumata görə, artıq layihənin həyata keçirilməsi ilə bağlı razılıq memorandumu imzalanıb. Layihənin məqsədi Qafqaz xalqlarının keçmişi, mədəniyyəti, adət-ənənəsi, müasir yaşayış tərzi və dini, hərbi, etnik konfliktlərinin əsl mahiyyəti haqqında Rusiyada yaşayan gənc nəslə məlumat verilməsidir. Qonaqlar dövlət qoruqlarımızı, mədəni-tarixi abidələrimizi, muzeylərimizi, qalereyalarımızı, mətbəximizi əks etdirən ictimai-iaşə obyektlərimizi, təhsil ocaqlarımızı və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.
Səfər müddətində aparıcı liseylərdən birində onların azərbaycanlı həmyaşıdları ilə görüşləri də nəzərdə tutulub.