Qədim tarixə malik olan Gəncə şəhərinin turizm marşrutu üzrə xəritəsi hazırlanıb. Xəritədə gəzməli, görməli yerlərin, mədəni və tarixi abidələrin hamısı əks olunub. Bu barədə Gəncə Regional Turizm İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzin əməkdaşları qərb bölgəsini əhatə edən 10 şəhərlə yanaşı, Gəncənin də turizm potensialını araşdırıb və lazımi məlumatları toplayıblar.
   Bu il şəhərə təşrif buyuran turistlərin sayının artacağı ehtimal olunur. Xatırladaq ki, "2010-2014-cü illərdə xalq yaradıcılığı paytaxtları" layihəsi çərçivəsində Gəncə şəhəri "Əfsanələr paytaxtı" elan edilib. Bu layihə milli mədəni irsin qorunması və bərpası, ictimaiyyətin diqqətinin bölgələrə yönəldilməsi məqsədilə hazırlanıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar