Ümumdünya Turizm Təşkilatının hesablamalarına görə, 2010-cu ildə dünya üzrə 1 milyarddan artıq turizm səfəri nəzərdə tutulur. Bu barədə təşkilatın hesabatında yayılan məlumatda bildirilir ki, dünya turizmi bu səfərlərdən 1,1 trilyon dollar gəlir əldə edəcək. 2020-ci ilə qədər isə hər ildə 2 milyarda yaxın turist səfərləri planlaşdırılıb.
   ÜTT-nin sənədində o da bildirilir ki, hazırda turizm dünyada geniş miqyasda inkişaf edən biznes sahələrindən birinə çevrilib. Bunun nəticəsində də dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür. Göstərilən xidmətlərin üçdə biri beynəlxlq turizm vasitəsilə həyata keçirilir. Dünya üzrə əmək qabiliyyətli əhalinin səkkizdə bir faizi turizm sektorunda çalışır. Yoxsulluğun aradan qaldırılması, ətraf mühitin qorunması, məşğulluğun artırılması ilə bağlı dünyada mövcud olan qlobal problemlərin həllində turizm ən önəmli vasitələrdən birinə çevrilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar