Dövlət Tərcümə Mərkəzi və İspaniya Azərbaycanlıları Birliyinin əməkdaşlığı çərçivəsində İspaniyanın “Tu Voz en Pinares” portalında “Nizami Gəncəvi ili. Gələcək üçün çağırış” adlı məqalə yerləşdirilib.
Filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın müəllifi olduğu məqaləni ispan dilinə Mərkəzin əməkdaşı Aysel Əliyeva tərcümə edib.
Məqalə bu linkdə: https://www.tuvozenpinares.com/articulo/sociedad/2021-ano-poeta-nizami-ganjavi-llamamiento-futuro/20210220114713031179.html
***
Türkiyənin populyar erikagacioyku.com ədəbiyyat portalında isə Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış şair Ələkbər Salahzadənin (1941-2013) yaradıcılığına yer ayrılıb.
Portalda şairin türk dilinə tərcümə edilmiş “Üstümə gəlir”, “Bir də gördün”, “Yol” şeirləri və yaradıcılığı haqqında məlumat verilib.
2015-ci ildən fəaliyyət göstərən portal ötən ildən Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan ədəbiyyatı” bölməsinin yayımına başlayıb.