Avropanın turizm şirkətlərinin İslandiyada vulkan püskürməsi nəticəsində itkiləri 2,3 milyard ABŞ dolları təşkil edib. Bu barədə Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai məlumat verib. İspaniya qəzetlərinin yaydığı xəbərə görə, turizm sektorunun gündəlik itkiləri 400 milyon dollar olur. 
    Hər il Avropaya əsasən təyyarələrlə 240 milyon (gündə 700 min) turist səfər edir. Bu turistlər həmin ölkələrdə ildə 200 milyard dollar xərcləyir. Vulkan püskürməsi nəticəsində yaranan altı günlük durğunluq nəticəsində aviaşirkətlər 1,7 milyard dollar itiriblər.
   Qeyd edək ki, İslandiyanın paytaxtı Reykyavikdən 200 kilometr şərqdə yerləşən Eyyafyatlayokudl vulkanının püskürməsi nəticəsində atmosferə külli miqdarda kül atılıb. Bu isə öz növbəsində Avropanın hava məkanının bağlanması ilə nəticələnib. Böhran dünya avianəqliyyatının 30 faizini əhatə edib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar