Aprelin 28-də «Skal-İnternational» beynəlxalq turizm təşkilatının Ankara və Bakı klublarının rəhbərləri arasında əkiz klubların yaradılması ilə bağlı saziş imzalandı. Tədbir Bakıda keçirilən “AİTF-2010” Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi çərçivəsində baş tutdu.
   Təşkilatın Bakı klubunun rəhbəri Ruslan Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, «Skal-İnternational» təşkilatında belə bir təcrübə var. Müxtəlif şəhərlərin «Skal» klubları bir-birinin təcrübəsindən yararlanmaq məqsədilə saziş imzalayırlar. Təşkilat rəhbəri onu da bildirdi ki, may ayının sonunda Ankara skalçılarının Azərbaycana gəlişi gözlənilir. Növbəti mərhələdə isə «Skal-Bakı»nın üzvləri ankaralı həmkarlarını ziyarət edəcəklər.
   Ankara «Skal» klubunun rəhbəri Umman Çetinbaş dedi ki, belə bir sənədin imzalanması hər iki klubun üzvləri üçün sərfəlidir. Bundan sonra Ankara və Bakı skalçıları daha yaxından əməkdaşlıq edəcəklər.
   Qeyd edək ki, «Skal İnternational» 1934-cü ildə beynəlxalq assosiasiya kimi yaradılıb və bütün turizm-səyahət sektorlarını əhatə edir. Qurum turizm sahəsində keyfiyyətin yüksəldilməsini və bu sənayedə çalışan peşəkarlar arasında əməkdaşlığın genişləndirilməsini qarşısına məqsəd qoyub. Hazırda «Skal İnternational»ın 90 ölkəni təmsil edən 22 min nəfər üzvü var. Təşkilatın Azərbaycan nümayəndəliyi 2009-cu il sentyabrın 9-da yaradılıb.
   Fəxriyyə






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar