Hazırda Xaçmaz rayonunda 70 hotel fəaliyyət göstərir, bir neçə hotelin tikinti işləri isə başa çatmaq üzrədir.  Bu barədə qəzetimizə açıqlamasında bildirən Xaçmaz Rayon Turizm İnformasiya Mərkəzinin direktoru Vasif Əhmədovun sözlərinə görə, ötən illə müqayisədə bir nəfər turistə xidmətin qiyməti bu il 12% endirilərək 40 manat təşkil edir: “Bu məbləği ödəyərək turist 1 nəfərlik otaq, gün ərzində üç dəfə yemək və 24 növ əyləncədən pulsuz istifadə edə bilər. Əyləncələrə akvaparklar, hovuz, futbol və voleybol meydançaları, müalicə xidmətləri, bərbərxana və s. daxildir. Ümumilikdə rayonun turizm obyektlərində turistlərin bir günlük istirahəti orta hesabla 30-250 manat təşkil edir”.
   V.Əhmədov onu da bildirdi ki, regiona yerli insanlarla bərabər, ABŞ, Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan, Ukraynadan da turistlər gəlir və onların sayı bəzi hallarda 25% təşkil edir”.
   V.Əhmədovun sözlərinə görə, hazırda rayonda fəaliyyət göstərən böyük hotellərin saytları mövcuddur və onlar mütəmadi olaraq yenilənir. Hotellərin bir çoxunun internetə çıxışı təmin edilib. Yaxın zamanda isə Xaçmaz Rayon Turizm İnformasiya Mərkəzinin də rəsmi saytı yaradılacaq.
   
   Fəxriyyə Abdullayeva 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar