2009-cu ildə dünya üzrə beynəlxalq turist axını 4 faiz (880 milyon nəfər) aşağı düşüb, turizm sahəsində gəlirlər isə 6 faiz (852 milyon dollar və ya 611 milyon avro) azalıb. Bu barədə Dünya Turizm Təşkilatının (DTT) məlumatında bildirilir. Qurumdan verilən xəbərə görə, ötən il ərzində daxili turizm böhrana daha çox müqavimət göstərib və hətta bəzi ölkələrin hökumətləri tərəfindən göstərilən dəstək və tədbirlər sayəsində turizm gəlirləri mühüm dərəcədə artıb. Nəticədə ümumi bazarın böyük hissəsini yerli bazar təşkil edən Çin, Braziliya və İspaniya kimi ölkələr hesabına beynəlxalq turizmin səviyyəsinin aşağı düşməsi qismən kompensasiya olunub. İl ərzində böhran ən çox Avropaya təsir göstərib. Avropada beynəlxalq turist gəlişləri 6 faiz (460 milyon nəfər), turizmdən gələn gəlir isə 7 faiz (296 milyon avro və ya 412 milyon dollar) aşağı düşüb.
   DTT-nin məlumatında o da bildirilir ki, böhran Mərkəzi, Şərqi və Şimali Avropaya xüsusilə zərbə vurub. Şərqi, Cənubi və Aralıq dənizi sahili ölkələrinə isə nisbətən az ziyan dəyib. Beynəlxalq turist gəlişləri istiqamətində böhranın təsiri dünya regionları üzrə Orta Şərqdə 5 faiz, Amerikada 5 faiz, Cənub Şərqi Asiyada 2 faiz olub. Afrika regionunda isə il ərzində 3 faiz artım qeydə alınıb.
   2010-cu ilin ilk iki ayının nəticələrinə görə, beynəlxalq turist gəlişi dünya üzrə 7 faiz, Avropa üzrə isə 3 faiz artıb. 2010-cu il üçün isə beynəlxalq turist axınının 3-4 faiz artması gözlənilir. Ən güclü turist axınının bərpası Asiya və Sakit okean regionları üçün proqnozlaşdırılır. Artımın Afrika üçün də müsbət nəticələr göstərməsi nəticəsində bunun Yaxın Şərqə də mümkün təsirləri ola bilər. Avropa və Amerikaya gəldikdə isə bu regionlarda turist axınının cüzi də olsa artacağı gözlənilir. 
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar