Pakistanlı musiqiçi Əsəd Qureşi Azərbaycan-Türkiyə-Pakistan qardaşlığına həsr olunan mahnı bəstələyib. Musiqiçi “Qəlbim Türkiyə və Pakistan, canım Azərbaycandır” adlı mahnı üçün klip də çəkdirib.
Türkiyənin “Anadolu” agentliyi mahnının klipini yayıb. Klipdə üç qardaş ölkənin tarixinə və mədəniyyətinə, eləcə də Azərbaycan, Türkiyə və Pakistan birgə hərbi təlimlərinə, qarşılıqlı faydalı münasibətlərin digər sahələrinə dair kadrlar əksini tapıb.