Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində mayın 4-7-də keçirilmiş ənənəvi ATM Beynəlxalq Turizm və Səyahətlər sərgisində ölkəmiz də təmsil olunub. Mədəniyyət və Turizm Nazirliyi Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun verdiyi məlumata görə, sərgidə respublikamızın turizm imkanlarını əks etdirən stend ziyarətçilərin marağına səbəb olub. İştirakçılara və ziyarətçilərə reklam-çap məhsulları paylanılıb, ölkəmizin turizm potensialı haqqında məlumatlar verilib. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı, “ENC Tours”, “Millennium Tourism & Congress”, “Caspian Travel” turizm şirkətlərinin və “Duzdağ” mehmanxanasının nümayəndələri da iştirak ediblər. Şirkət təmsilçiləri ziyarətçilərə müxtəlif turlar barədə ətraflı məlumatlar veriblər.
   Sektor müdirinin sözlərinə görə, ötən illə müqayisədə bu il Dubay sərgisində həm ziyarətçilərin, həm də təmsil olunan ölkələrin və şirkətlərin sayı artmışdı. Ümumilikdə ATM-2010 sərgisində 2200 tur-operator, mehmanxana, aviaşirkət və turizm sahəsinin müxtəlif istiqamətlərində fəaliyyət göstərən iştirakçı şirkətlər öz məhsullarını nümayiş etdirib.
   Sərgi dövründə ayrı-ayrı ölkələrin turizm şirkətləri Azərbaycan şirkətləri ilə birlikdə müxtəlif turların təşkil edilməsinə maraq göstəriblər, bu barədə müzakirələr aparılıb.
   Bundan əlavə, sərgi zamanı Azərbaycanın turizm potensialını əks etdirən filmlər, reklam çarxları ziyarətçilərə nümayiş etdirilib və milli musiqimiz səsləndirilib. “Cəngi” ansamblının rəqs qrupu hər gün 3 dəfə 20 dəqiqəlik rəqs proqramı ilə çıxış edib.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar