Yunanıstanın “Kalamaki Travel”, Azərbaycanın “Xəzər Travel”, “İmprotex Travel” və “Silk Way Travel” turizm şirkətlərinin təşəbbüsü ilə Bakıdan Yunanıstanın Xanya şəhərinə çarter reysi açılacaq. Bu barədə Yunanıstanın Azərbaycandakı səfiri İonannis Metaksas mayın 24-də “Hyatt Regency-Naxçıvan” mehmanxanasında keçirdiyi mətbuat konfransında məlumat verdi.
  
 
   Tədbirdə əvvəlcə Yunanıstanın turizm imkanlarına dair reklam çarxı və baş nazir Georgios Papandreunun “CNN” kanalına ölkə iqtisadiyyatı barədə verdiyi müsahibə nümayiş etdirildi. Səfir İ.Metaksas bildirdi ki, Yunanıstan qonaqpərvər əhalisi, gözəl təbiəti və zəngin tarixi ilə dünyanın ən çox ziyarət olunan turizm mərkəzlərindəndir: «Təmsil etdiyim ölkə Azərbaycanla təkcə turizm baxımından deyil, həm də biznes sahəsində əməkdaşlıqda maraqlıdır. Azərbaycanlı turistləri Yunanıstanda görməkdən hər zaman məmnunuq».
   Diplomat onu da qeyd etdi ki, ötən mövsümdə olduğu kimi, bu il də viza verilməsində turistlərə yaxından kömək edəcəklər.
   “Silk Way Travel” şirkətinin baş direktoru Şirzad Əfəndiyev layihənin Azərbaycan və Yunanıstan hökumətlərinin dəstəyi ilə həyata keçirildiyini diqqətə çatdırdı: «Artıq bir aydan sonra, daha dəqiq desək, iyulun 3-dən başlayaraq hər həftənin şənbə günü təyyarə Azərbaycandan Krit adasının Xanya şəhərinə uçacaq. Turistlər öz istəklərinə uyğun olaraq Yunanıstanın 3, 4 və 5 ulduzlu mehmanxanalarında istirahət edə biləcəklər.
   İlk dəfə ölkəmizə iki il əvvəl səfər etdiyini söyləyən “Kalamaki Travel” şirkətinin baş direktoru Miltiadis Despotakis Azərbaycanın yüksək sürətlə inkişaf etdiyini vurğuladı. Onun sözlərinə görə, hazırkı layihənin həyata keçirilməsi iki ölkə arasında təkcə turizm sahəsinin deyil, həm də ticarət əlaqələrinin inkişafına xidmət edəcək.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar