Azərbaycan kulinarları mayın 9-18-də Yunanıstanda keçirilmiş Beynəlxalq Kulinariya Çempionatında böyük uğur qazanıblar. Bu barədə mayın 22-də keçirdiyi mətbuat konfransında Milli Kulinariya Mərkəzinin baş direktoru, Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verdi.
   
   Onun sözlərinə görə, Azərbaycan, Rusiya, Ukrayna və Yunanıstan kulinarlarının iştirak etdiyi çempionatda ölkəmiz 4 aşpazla təmsil olunub: «Milli komandamız 10 sinif yarışlarında 1 qızıl, 5 gümüş və 4 bürünc medal qazanıb. Kulinarlarımız komanda yarışlarında isə 1 Qran-pri, 1 gümüş medal və kubok qazanıblar. Həmişə olduğu kimi, komandamız yerli firmaların məhsullarından istifadə edib. Xüsusi olaraq “Azərsun” Holdinqin bitki yağları və “Golden Woter” firmasının meyvə şirələri münsiflər heyəti tərəfindən bəyənilib».
   Milli Kulinariya Assosiasiyasının prezidenti onu da bildirdi ki, tezliklə ölkə teleməkanında “Ell Prodakşn”la birgə “2010-cu ilin qızıl aşpazı” peşəkar-şousuna başlayacaqlar. T.Əmiraslanovun sözlərinə görə, sözügedən peşəkar-şou respublika Müəllif Hüquqları Agentliyi tərəfindən müəlliflik hüququ qazanıb, həmçinin Dünya Kulinariya Təşkilatları Birliyinin rəsmi lisenziyasını alıb: «Şouya peşəkar aşpazlar dəvət olunacaq. Qaliblər dəyərli hədiyyələr və Azərbaycanı növbəti dünya çempionatında təmsil etmək hüququ qazanacaqlar».
   Qarşıdakı planlardan danışan T.Əmiraslanov Milli Kulinariya Assosiasiyasının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Tovuzda qərb regionunun mütəxəssisləri üçün bir həftəlik ixtisasartırma kursları keçirəcəyini də bildirdi.
   
   Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar