Turizm İnstitutu Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə mayın 25-29-da Quba-Xaçmaz bölgəsində masa qulluqçuları və qeydiyyatçılar üçün təlim kursları təşkil edib. İnstitutun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, kursların təşkilində məqsəd bölgələrimizdə turizm sahəsində kadr hazırlığı prosesini sürətləndirmək, çalışanların bacarıqlarını təkmilləşdirmək, turizm sahəsinin yenilikləri ilə tanış etməkdir. Yerli mütəxəssislərin apardığı dərslərdə Quba, Qusar, Xaçmazın turizm müəssisələrinin 40-a yaxın işçisi iştirak edib. Təlimlərin sonunda müdavimlərə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi tərəfindən sertifikatlar təqdim olunub. Bu tip təlimlərin gələcəkdə də təşkili nəzərdə tutulur.

Fəxriyyə
   

 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar