“Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov ötən həftə qəzetimizə müsahibəsində rejissor Elçin Musaoğlunun quruluş verdiyi “Məryəm” filminin istehsala buraxıldığını bildirmişdi.
Kinostudiyanın mətbuat xidmətindən verilən məlumata görə, hazırda film üzərində iş prosesi davam edir. Filmin çəkilişləri may-iyun aylarında Şəki, Qax, Zaqatala və Balakən bölgələrində aparılacaq.
Filmin süjet xətti ölmüş bildiyi atasını görmək üçün uzun illər sonra Azərbaycana gələn və onu ucqar rayonda yerləşən ruhi-əsəb xəstəxanasında tapan Məryəm adlı qızdan bəhs edir.