Almaniyanın “Zeitgeist Filmproduktion” şirkətinin Türkiyədə çəkdiyi “Mərmərə” adlı filmdə Əməkdar artist Rasim Cəfər də rol alıb.

Bu haqda məlumat verən aktyor bildirdi ki, film bir ailədən bəhs edir: ata Həsən, ana Fatma, qız Zeynəb.

Almaniyada yaşayan türk əsilli gənc qadın (Zeynəb) ərini aldatmaqda günahlandırılır. Buna görə də o, müvəqqəti olaraq Berlindən ata-anasının yanına köçmək məcburiyyətində qalır. Lakin Zeynəb burada patriarxal bir həyatla qarşılaşır və valideynlərinin evliliyini də alt-üst edir...

Filmdə ata obrazını Rasim Cəfər oynayır. Fatma və  Zeynəbi isə türk əsilli almaniyalı aktrisalar Funda Rozildad və Mərvə Aksoy canlandırır.

Azərbaycanlı sənətçilərdən Roza İbadova da bu filmdə rol alıb. Hazırda Türkiyədə yaşayan Roza İbadova vaxtilə Gənc Tamaşaçılar Teatrında çalışıb. Filmin rejissoru türk əsilli Engin Kondaqdır.

L.AZƏRİ