İtaliyada “Mif Association”un təşkilatçılığı ilə “Liberto Creative” beynəlxalq incəsənət müsabiqəsi keçirilib.

Onlayn platformada keçirilən müsabiqəyə 27 ölkədən gənc ifaçılar qatılıblar. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasının şagirdləri də müsabiqədə iştirak ediblər. Onların ifası münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Gimnaziyanın musiqi şöbəsinin şagirdləri Mədinə Nurəliyeva (fortepiano), Nuranə Salamova (fortepiano), Müslüm Rzayev (qoboy) 1-ci yerə layiq görülüblər. Qalib şagirdlərin müəllimləri Sevda Ağayeva, Pikə Axundova və Şərif Bağırov təşkilatçılar tərəfindən diplomlarla təltif olunublar.