Xəbər verdiyimiz kimi, bugünlərdə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına ((Economical Cooperation Organization - ECO) üzv ölkələrin Ekoturizm üzrə 2-ci Ekspert Qrupunun görüşü və “Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərin müəyyən edilməsinin əsasları” mövzusunda Beynəlxalq Ekoregion Konfransı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin sözlərinə görə, tədbirdə ECO-ya üzv olan ölkələrdə ekoturizmin vəziyyəti və problemləri araşdırılıb. Bu ölkələrin turizm potensialı haqqında geniş təqdimat həmin ölkələrin nümayəndələri tərəfindən iştirakçıların diqqətinə çatdırılıb. Konfransın yekununda ECO ölkələrinin Ekoturizm üzrə 2-ci Ekspert Qrupunun növbəti görüşünün 2013-cü ildə Türkiyədə keçirilməsi qərara alınıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar