“Creative Spark” layihəsi çərçivəsində Böyük Britaniyanın Qrinviç Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları arasında “Turizmdə sahibkarlıq istiqaməti” mövzusunda onlayn təlim keçirilib.

ATMU-dan bildirilib ki, görüşdə Qrinviç Universitetinin müəllimi, tədqiqatçı Jithendran Kokkranikal məruzəçi kimi çıxış edib.

Təlimə ATMU-nun Turizm və qonaqpərvərlik, Biznes idarəçiliyi fakültələrinin əməkdaşları qatılıb.

Qeyd edək ki, ATMU Britaniya Şurası (British Council) tərəfindən maliyyələşdirilən  proqrama bu il qoşulub. “Creative Spark” layihəsi çərçivəsində indiyədək ATMU-nun 25 tələbə və əməkdaşı “Learn English Select” onlayn dil kursundan yararlanıb.