Misirin “Nil” televiziya kanalında Azərbaycanda Ramazan ayının ənənələri haqqında veriliş yayımlanıb.

Verilişin qonaqları Misirdəki “Vətənpərvər” Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədr müavini Sədaqət Əli Əşrəf və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Misirdəki əlaqələndiricisi Səbinə Aydın Hidayət olub.

Onlar Azərbaycanda müqəddəs Ramazan ayının əsrlər boyu davam edən adət-ənənələrindən, milli mətbəximizin nümunələrindən,  ölkəmizin dilbər guşəsi olan Qarabağdan bəhs ediblər. Onların studiyaya gətirdikləri şirniyyatlar və Azərbaycan çayı böyük maraq doğurub.

Verilişdə həmçinin Bakının füsunkar mənzərələri, ölkəmizin digər regionları haqqında süjetlər də təqdim edilib. Diaspor nümayəndələrimiz misirliləri Azərbaycana səfərə gəlməyə, bu gözəllikləri əyani şəkildə görməyə dəvət ediblər.