Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı may ayına olan virtual repertuarını təqdim edib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, repertuarda Azərbaycan və dünya dramaturgiyası əsasında hazırlanan tamaşalar yer alıb. Onların arasında ötən illərdə teatrda səhnəyə qoyulmuş tamaşaların videoyazıları da var.

1 may – “Biganələr oteli” (R.İbrahimbəyov)

2 may – “Müsyö Jordan və Dərviş Məstəli şah” (M.F.Axundzadə)

8 may – “Qarabağnamə” (İ.Əfəndiyev)

9 may – “Özümüzü kəsən qılınc” (B.Vahabzadə)

15 may – “Uçqun” (T.Cücenoğlu)

16 may – “Hamlet” (V.Şekspir)

22 may – “Mesenat” (Ə.Əmirli)

13 may – “Ah, Paris, Paris...” (Elçin)

29 may – “Ulduz” (C.Cabbarlı)

30 may – “Ölüləri qəbiristanlıqda basdırın” (İ. Şıxlı)

Tamaşaların nümayişi teatrın “Facebook” səhifəsində, rəsmi saytında və “YouTube” kanalında saat 19:00-da başlanır.