Qazaxıstanın “Adebiportal.kz” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına yer ayırıb.

Portalda Bəxtiyar Vahabzadənin rus dilinə tərcümə edilmiş "Ayrılıqda", "Ürək", "Dəyişilmə" şeirləri və şairin yaradıcılığı haqqında məlumat verilib.

Şeirlərinrus dilinə V.Luqova, A.Kronqauz və V.Zaytsev tərcümə edib.

"Adebiportal.kz" öz səhifələrində Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

Keçid linki:

https://adebiportal.kz/ru//blogs/view/5190